“Türkiyə parlamentinin erməni əsilli deputatı Karo Paylan bu dəfə lap "ağını" çıxardı. İstanbulun Bakırköy məhəlləsindəki erməni kilsəsinin qapısını bir nəfərin guya yandırmaq cəhdi barədə daxili işlər naziriDİN Süleyman Soylu cənablarına məktub göndərib bu erməni deputat”. SİA-nın məlumatına görə, bunu açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, İrəvanda neçə məşhur məscidimizin yerlə yeksan edildiyi vaxtda İstanbulda erməni kilsəsinin qorunub saxlanması Paylan üçün sanki yetərli deyilmiş, Ermənistanda bircə nəfər türkün yaşamasına imkan verilmədiyi halda daşnak təfəkkürlü erməninin Türkiyə parlamentinə buraxılması az imiş kimi, üstəlik Cümhur başkanı Ərdoğanı açıq mətnlə ittiham da edir: “Paylanın Soyluya 3 sualının ikisini sizlər də oxuyun:
1. Milli nifrət zəminində kilsəyə hücumun səbəblərindən biri Ərdoğanın çıxışları deyilmi?
2. Bu hücumların Türkiyə dövlətinin içində müəyyən qüvvələr tərəfindən idarə edildiyinin əksini sübut edə bilərsinizmi?
Baxın, həm də burada hakimiyyət yox, Türkiyə dövləti ifadəsini işlədir. Karo Paylan kimi daşnakı Böyük Millət Məclisinə buraxanda axırı hələ bununla bitsə yaxşıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB