"Pandemiya bütün ölkələrin qarşılıqlı asılılığını göstərdi" LAVROV

"Pandemiya bütün ölkələrin qarşılıqlı asılılığını göstərdi" LAVROV

“Koronavirus pandemiyasının bütün mənfi nəticələri bitməsə də, böhran bütün dövlətlərin qarşılıqlı asılılığını və bir-birinə bağlılığını əyani şəkildə göstərdi”. SİA-nın xəbərinə görə, bunu Rusiyanın Xin başçısı Sergey Lavrov açıqlayıb.

“Hazırda pandemiyanın tam nəticələri ilə qarşılaşmamışıq. Lakin hazırki mərhələdən müəyyən mənada nəticə əldə etmək olar.

Mənim fikrimcə, nəticələrin ən başlıcası dünyada böhran olmasına baxmayaraq, bütün dövlətlərin, həyatın bütün sahələrinin qarşılıqlı asılılığını və əlaqəsini göstərməsidir”, - deyə Lavrov qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə