Sosial şəbəkə viruslarının növbəti biznesi - “koronavirus məhbusları”

Sosial şəbəkə viruslarının növbəti biznesi - “koronavirus məhbusları”

Yaxud bu virusların "dəstəkçisi" - Sevinc Osmanqızı nə istəyir?

İnsanın savadsızlığına da, mədəniyyətsizliyinə də, cahilliyinə də göz yumub birtəhər susmaq olar, amma əxlaqsızcasını aşırı dərəcədə olan böhtanları eşidib ona laqeyd qala bilmirsən. Əgər sosial şəbəkələrdə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı və…bu sosial şəbəkə virusları cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməyi "siyasi mübarizə" adlandıraraq özlərini "əsl müxalifətçi" hesab edirlərsə, niyə də susmalıyq?. Çünki bu o fərdlərdir ki, Azərbaycanı müxtəlif bəhanələrlə tərk edib xaricə sığınan, özlərini "demokrat”, "müxalifətçi”, "siyasi mühacir”, "jurnalist” adlandıraraq ölkəmizə qarşı qarayaxma kampaniyası aparan, ermənipərəst dairələrin, bəlli güc mərkəzlərinin siyasi sifarişini yerinə yetirərək, ölkə Prezidentinin apardığı uğurlu və düşünülmüş siyasətini "qara görən" o kor gözlərinə, boş "başlarına" yeritməliyik. Əgər bu gün bütün dünyanı ağuşuna alan koronavirus epidemiyasının tüğyan etdiyi bir zamanda insanların salamlığını qorumaq üçün "Evdə qal" kampaniyasını aparırsa və mənəm-mənəm deyən dövlətlərdə insan itikisinin yüksək oldluğu halda, Azərbaycan dövlətinin düzgün və düşünülmüş siyasəti nəticəsində insan itikisinin az sayda olduğunu Beynəlxalq Səhiyyə təşkilatı da bildirir və koronavirusa yoluxan ölkələr də bu təcrübədən istifalə edirlərsə, o zaman bu sosial şəbəkə virusları evdə qalmağını “ev dustaqlığı” kimi niyə qələmə verirlər? Və yaxud da bu günlərdə bu viruslardan olan Əli kərimli sosial şəbəkədə bildirir ki, "hətta mobil telefonum da ev dustağına" çevrilib". Onun sözünə "qüvvət" verən satqınların "emlemi" Gültəkin Hacıbəyli də deyir ki, "hazırda hamımız ev dustağıyıq, mən də, “konslagerdə” yaşayırıq" demələri həyasızlığın, doğurdan da hansı səviyyəsində olması deyilmi?.

Dərdiniz başqa dərddir. Nə əl-qolunuz bağlanıb, nə də "konslager"də yaşayırsınız. Axı hər gün səhər açılanda “bu gün necə söyüm?” sualına cavab axtara-axtara koronavirusla bağlı qanunlara əməl edilməyən radikal müxlifətçilərin cərimələnlərin və həbs edilənlərin azad olunması üçün "koronavirus məhbusları"na azadlıq" tələbini irəli sürməyi bu günkü gündə ən yaxşı biznes olduğunu düşünüblər. Bu yerdə ay NANKOR və BƏDBƏXTLƏR deməyin lap yeridir.

Bu "axtarışda" orlanlardan biri də o "biçarə" Sevinc Osmaqızıdır ki, özünü az qala Tomrislə Burla Xatun obrazlarını cəmləşdirərək “mərhəmətli, savadlı, şəfqətli, amma qətiyyətli, sarsılmaz və iradəli qadın” obrazı yaratmağa çalışır. Məqsədi həmişə Azərbaycanın inkişafı, tərəqqisi, insanlarımızın inkişaf etmiş Qərb dövlətlərindəki kimi yaşaması deyil. Qətiyyən, o tam əksini arzulayır: qiyam, üsyan, vətəndaş müharibəsi, qan gölü. Özü də son zamanlar dünyanı ağuşuna alan koronavirusun tüğyan etdiyi bir zamanda "Osmanqızı TV” kanalında etdiyi etdiyi çağırışlarında da aydın şəkildə vətəndaş müharibəsinin olması arzusunda olduğunu aydın şəkildə bilddirir. Ancaq bu arzu da arzu olaraq qalacaq və bu virusla birlikdə o dünyalıq olacaqsan, İnşallah!

Sevinc Osmanqızı “vətən yanğısı”nı biznesə çevirib

S.Osmanqızı bunu özünün "TV"-sində aydın şəkildə göstərərk, guya “vətən üçün ağlayır". "Bu da bir bacarıqdır, hər kəs ağlaya bilməz" - deyir. Doğru deyirsən, canlı efirlərində ağlamsınmağın növbəti "biznes"in yoludur. Məhz bu gün koronavirusun tuğyan etdiyi bir zamanda ən yaxşı məqam düşüdüyünü görərək, sosial şəbəkə viruslarına "dəstək" olmaq üçün Sevinc Osmanqızı "Osmanqızı TV” adı ilə "Youtube” kanalı üzərindən yayımladığı videolar, canlı bağlantılar, apardığı müzakirələr, səsləndirdiyi qərəzli fikirlər də bu qəbildəndir. Demə bu koronavirus sosial şəbəkə viruslarının əlinə, doğurdan da "göydəndüşmə imiş". Bu gün Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli "Evdə qal" kampaniyasını "mitinq" çağırışı ilə əvəz edərək bildirirlər ki, "bu gün ev konslagerində yaşayırıq" və hamını "evdə yqalmağa yox, küçələrdə qalmağa" səsləmələri yaşadıqları bu ölkənin qanunlarını pozduqlarının bədəlini düşünmürlər? Ancaq qanun hamıyı şamil edilir – əxlaqlıyı da , əxlaqsıza da, siyasətçiyə də, sadə vətəndaşa da. Və bu gün özünü tərəfsiz, "xalq fədaisi” kimi Azərbaycan cəmiyyətinə sırımaq istəyən Sevinc Osmanqızı da həmişə olduğu kimi bu gün də radikal çağırışlar etməkdədir. Soruşmaq istərdik: Neyləmisən? Sən hansı haqla özünü "xalqın fədaisi" hesab edirsən? Və aydın görünür ki, AXCP sədri Ə.Kərimli, onun iradəsi altında fəaliyyət göstərən "Milli Şura"nın sədri Cəmil Həsənli, həmçinin "Milli Şura"nın Koordinasiya Mərkəzinin üzvü, sabiq deputat Gültəkin Hacıbəyli "Osmanqızı TV”nin "parlayan ulduzlarına” çevriliblər. S.Osmanqızı adıçəkilən şəxslərə efir verməklə, onların fikirlərini ictimai rəyə sırımaqla yanaşı, AXCP sədrini açıq-aşkar himayə də edir. "Bitərəf jurnalist” AXCP sədrinə, yaxud da "Milli Şura" funksionerlərinə haqlı sual ünvanlamaq üçün efirə qoşulan, obyektiv münasibət bildirmək istəyən tamaşaçıların səsini dərhal azaldır, guya bağlantıda problem var bəhanəsi ilə onların səsini kəsir, fikir bildirməsinə mane olur.

İlqar Məmmədov: "Sevinc Osmanqızı efirində milləti yalanlar tirajlamaqla barmağına dolayır"

"REAL" Partiyasının sədri İlqar Məmmədov "Facebook”dakı şəxsi profilində status yazaraq, S.Osmanqızını xəbərçilikdə, Natiq Cəfərli, Erkin Qədirli, Azər Qasımlı kimi "REAL"-çılar barədə zaman-zaman saxta və boş ittihamlar irəli sürdüyünü diqqətə çatdıraraq, onun "bir partiyanın mətbuat katibi” olduğunu müəyyən etdiyini vurğulayıb: "S.Osmanqızı milləti yalanlar tirajlamaqla barmağına dolayır. Xalqın üzünə danışmağı bacaran bir "jurnalist" heç zaman xalqın dərdinə yaramaz. Bir də bu viruslar dünyanı ağışuna alan viruslardan da daha pisdir. Əxlaq da yaxşı xüsusiyyətdir. Görmürəm! Çünki S.Osmanqızı “vətən yanğısı”nı biznesə çevirib və canlı efirlərində ağlamsınaraq “Vətən üçün çalışıram” desə də, yaşamını heç də pis təmin etmir. O, yaxın perspektivli məqsədinin ABŞ vətəndaşlığı almaq, uzaq perspektivli hədəfinin isə Leyla Yunus qədər pul qazanmaq olduğunu etiraf etməyib – amma bilin ki, belədir". Bax, bunu siyasi həmfikirlilərin deyir, bax, budur sifətiniz.

Avropada ömrün sürüdüyü troqlodit düşüncəlilər…

Avropa ölkələrində ömür sürən, daha doğrusu, ömrün sürüdüyü troqlodit düşüncəlilərə gəldikdə isə, onların hamısı biçarələrdir, bədbəxtlərdir. Qyri-adekvat Mirzəli, Piriyev, Ceffri Məmmədov, Sadıqlı və ilaxırlaradək. Bu adamların yeganə, əsas və ümdə məqsədləri “qrant layihəsi udmaq”dır. Bu adamlar ermənilərdən də betərdir, çünki mühacirət statistikası baxımından Azərbaycanı qat-qat üstələyən, iqtisadiyyatı iflic, siyasəti zəlil durumda olan Ermənistanın xarici ölkələrdəki səfirləri qarşısında nə onların Orduxanı primitiv “etiraz aksiyası” adlı şou düzənləyir, nə Vidadi İsgəndərlinin bənzəri siyasəti küçə söyüşlərinin məcmusu kimi anlayaraq danışır, nə də Cəfəi və ya Piriyev kimi primitiv subyektlərin analoqları ağızlarını qrant yoluna qoyub hərzələmirlər.

Ancaq bu «siyasi mühacirlər” ayrı məxluqatlardır. Əllərində zövqsüz və orfoqrafiya səhvləri ilə dolu plakatlar tutub yüyürürlər Azərbaycan səfirliklərinin qarşısına, qışqırırlar, qiyyə çəkirlər, hırıldayırlar, söyürlər, sonra da bu sarsaqlığın videosunu çəkib sosial şəbəkələrdə paylaşırlar. Dava Vətən, demokratiya, insan haqları uğrunda yox, Azərbaycanı hədəfə almış təşkilatlardan sədəqə qismində qrant əldə etmək, “oturum” almaq, pul qazanmaqdır. “Siyasi fəal”, “demokratiya mübarizi”, “hüquq müdafiəçisi” adını ucuzlaşdırıb küçə şousunun verbal subyektlərinə döndərənlər oyun oynayır, oyunbazlıq edirlər. Onlar Azərbaycanı dünyanın ən pis ölkəsi, ən qəddar diktaturası, ən mağmın və qorxaq adamların yaşadığı yer kimi tanıtmaq istəyirlər. Bir sözlə, “ən, ən, ən” ölkə imici qazandırmağa çalışırlar, vətənimizə. Bu isə artıq siyasi mübarizə yox, psixi sapıntıya çevrilmiş mənəvi xəyanət, iyrənc patologiya, mövqesizliyin vakuum şəraitindəki etalonu da sayıla bilər.

Bəli, Azərbaycanın "siyasi mühacirləri" "ad qazanıb". Heç bir erməni (!) ölkəsindən ən sərt narazılıqda olsa belə, Ermənistanın xaricdə pis obrazını formalaşdırmağa can atmır. Yaxud da gürcülər də belədir – qırğızlar, moldovanlar, ruslar, belaruslar, türkmənlər və s. də.

Siyasi mühacirlərimiz sutka boyu “layihə, ah, layihə” deyib mələşmək və sonra da “qaniçən rejim”ə söyməklə xalqın nifrətinə düçar olurlar. Və istər radikal müxalifətin, istər “Milli Şura” deyilən qurumun, istərsə də Sevinc Osmanqızı və digər "siyasi mühacir" lərin Azərbaycan xalqına heç bir aidiyyatı yoxdur. Onlar hətta bütün əhali üçün böyük təhlükə mənbəyi olan koronavirus infeksiyasından öz çirkin məqsədləri üçün istifadə etməkdən çəkinməyən bədbəxt və rəzillərdir. irlər. Açığı, onların proseslərə məlum yanaşması vətəndaş kimi məndə belə bir təəssürat yaradır ki, radikal müxalifət təmsilçiləri öz məntiqlərində koronavirusa yoluxublar. Azərbaycan xalqı bu ünsürləri çoxdan rədd edib və belələrinə ölkəmizin siyasi səhnəsində yer yoxdur. Eləcə də, xaricdəki anti-azərbaycançı qüvvələrin əlində alət, “oyuncaq” olan sapı özümüzdən olan baltalara cəmiyyətimizdə böyük nifrət var. Çünki erməni lobbisinin pulu ilə öz dövlətinə qarşı şər və böhtan kampaniyası aparanlara münasibət belə olmalıdır. Onlar hər hansı iddia, “bəyanat” səsləndirərkən yalnız özləri deyib-özləri eşidirlər. Cəmiyyətimizdə onların heç bir dayağı yoxdur və bundan sonra da olmayacaq”.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə