XİN rəhbərlərinin video-konfransından gözləntilər? RƏY-ÖZƏL

XİN rəhbərlərinin video-konfransından gözləntilər? RƏY-ÖZƏL

“ATƏT Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri video-konfransla Qarabağ münaqişəsinin nizamlanmasını müzakirəsi etməsi, koronovirus başlayandan bəri, ilk təmasdı. Pandemiyaya görə, danışıqları yubatmaq olmazdı”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Ermənistanın Azərbaycanla sərhəddə təxribatlarından sonra, bu, ilk təmasdı və bu, danışıqlar əsasən Rusiyanın təklifi ilə reallaşır: “ Moskva çalışır ki, cəbhədə və sərhəddə atəşkəs qorunub saxlanılsın. Bir neçə gün bundan əvvəl Rusiyanın XİN sözçüsü Mariya Zaxarova da danışıqların davam etdiyini vurğulamışdı”.

Politoloq söyləyib ki, Ermənistan dövlət sərhəddində təxribatlar etdikdən, Qarabağda qanunsuz "seçki" keçirdikdən sonra danışıqlar masasına gəldi: “Hazırda Ermənistan üçün şans limiti bitib. Konkret olaraq Azərbaycan qəti şəkildə Ermənistandan ərazilərin boşladılmasını tələb etməlidir. Qeyd edim ki, Paşinyan yenidən separatçıların tərəf kimi danışıqlarda yer almasını qaldırır. Qarabağdakı separatçıları rəhbəri heç bir əhəmiyyətli siyasi statusa malik deyil. Azərbaycan üçün onlar, yalnız Qarabağın erməni icmasıdır və onların danışıqlarda iştirakı mümkün deyil”.

M. Əsədullzadə vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ klanı”nı əhəmiyyətli şəkildə zəiflədib: "Hazırkı mərhələdə Paşinyan üçün ən məqbul yol Qarabağ danışıqlarında ciddi kompromisə getmək, post-korono dövründə regionda yeni nizam və sülhün əldə edilməsi olmalıdır. Yoxsa, bu danışıqlar status-kvonun qorunmasına hesablanacaq”.

Politoloq əlavə edib ki, artıq, danışıqların yeni mərhələsi başlayır: “Bu, həlledici olmalıdır. Rusiya yenidən Kazan formulunu masaya gətirib. Danışıqlar, yalnız real həllə söykənməlidir. Artıq Ermənistanda siyasi sistem tam dəyişib, hərbi xunta sistemi fiaskoya uğrayıb. Paşinyan üçün daxildə demək olar ki, maneə qalmayıb. Əgər, Paşinyan bu məsələdə Rusiya ilə koordinasiyalı çalışarsa, əraziləri danışıqlar yolu ilə boşaltmayacaq, vaxtı uzadacaq. Azərbaycan belə mənasız danışqlara təhəmmül etməməli, hərbi təzyiqləri işə salmalıdır. Video-konfrans danışıqları yalnız atəşkəsə əməl edilməsi, insdentlərdən çəkinməyə hesablanıb. Belə bir danışıqlar Azərbaycan üçün vacib deyil”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə