YAP İmişli rayon təşkilatının təşəbbüsü ilə koronovirusla bağlı tədbirlər davam edir FOTOLAR
Dünyanı bürüyən koronovirus (COVİD-19) epidemiyasına yoluxma riskinin azaldılması və xalqımızın sağlamlığı naminə ölkə Prezidenti cənab İlham Əliyevin çağırışına qoşulan İmişli rayonunda da koronovirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla "Evdə qal" kanpaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilir. SİA-nın verdiyi məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində İmişli rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı tərəfindən 18 aprel tarixində rayonda yaşayan 500 aztəminatlı, yaşlı və tənha insanlara qayğı göstərilib. Gənclər Birliyinin könüllülərindən ibarət dəstə tədbirdə iştirak edərək imkansız ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar verməklə onların koronovirusdan qorunması məqsədilə maarifləndirici söhbətlər aparmışlar.
Ərzaq bağlaması alan şəxslər onları daim diqqətdə saxlayan və hər zaman yanlarında olan ölkə Prezidentinə təşəkkürlərini bildiriblər. Qeyd etmək lazımdir ki, bu işlər davamlı olaraq aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB