"I rübün göstəriciləri böhrandan az itkilərlə çıxacağımızı deməyə imkan verir" RƏY - ÖZƏL
“Prezident İlham Əliyevin birinci rübün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər koronavirus pandemiyası dövründə, həm də postpandemiya dövründə ölkəmizdə atılmalı vacib addımların yol xəritəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Prezident müşavirədə çıxışı zamanı çox doğru olaraq “Biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır - insanların sağlamlığı”, - fikrini qeyd etdi: "Ölkə başçısının bu fikrinin arxasında böyük fəlsəfə dayanır. Bu fəlsəfə prezidentin öz xalqına olan sevgisindən irəli gəlir. Prezident bütün dövlət resurslarını insanların bu gözəgörünməz bəladan qorunması üçün səfərbər edib. Həm də, imkanlı insanlara, sahibkarlara da çağırış edir ki, bu çətin gündə sosial vəziyyəti aşağı olan insanlara dəstək dursunlar. Yəni, bunu cənab Prezidentin çağırışı kimi də başa düşmək olar”.
Bu gün ölkəmizdə iqtisadi imkanlar çərçivəsində Azərbaycanın iqtisadi fəallığının, makroiqtisadi sabitliyinin qorunması, sosial dəstəyə ehtiyacı olan şəxslərə dövlət dəstəyinin göstərilməsinə dair Tədbirlər Planının həyata keçirildiyini deyən A.Badamov vurğulayıb ki, sosial tədbirlər planı 1,9 milyondan çox insanın sosial müdafiəsinə yönəldilib: “Dövlət büdcəsindən ilkin olaraq 2,5 milyard manatdan çox vəsait ayrılıb, sahibkarlıq subyektlərinə öz iqtisadi fəallıqlarını bərpa etdirilməsi üçün dövlət dəstəyi proqramı hazırlanıb”.
O vurğulayıb ki, bu xərclər dövlət büdcəsində nəzərə alınmamışdı: “Lakin vaxtında atılan düzgün sosial-iqtisadi siyasət kursu nəticəsində dövlətimizin iqtisadi imkanları artıb, böhranlı vaxtlarda istifadə edilməsi üçün valyuta ehtiyatlarımız formalaşıb. Mart ayından başlayaraq pandemiya ilə mübarizə istiqamətində çoxlu məhdudiyyətlər tətbiq olunmasına baxmayaraq, birinci rübün sosial iqtisadi göstəricilərinin mənzərəsinin müsbət olması qarşılaşdığımız növbəti dünya böhranından az itkilərlə çıxa biləcəyimizi deməyə imkan verir. I rübdə ÜDM 1.1%, qeyri-neft sektorunda artım 3%, qeyri-neft sənayemiz 23%, kənd təsərrüfatımız 3,7%, əhalinin pul gəlirləri 7% artıb. Vergi və gömrükdən proqnozdan əlavə 300 milyon manat vəsait dövlət büdcəsinə daxil olunub”.
Millət vəkili qeyd edib ki, ümumdünya iqtisadiyyatına nəzər yetirdikdə və ölkəmizlə müqayisə edikdə dünyada ÜDM-nin mənfiyə doğru hərəkətdə olduğunu görərik: “Bir çox ölkələrin milli valyutaları kəskin infilyasiyaya məruz qalıb. Azərbaycanda isə dünyada baş verən hadisələr insanlar arasında müəyyən müddət panika yaratsa da artıq hamı əmindir ki, ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılır. Heç bir narahatçılıqa əsas yoxdur. Manat xaricə təsirlərə qarşı davamlıdır. Təbii ki, bu iqtisadi sabitliyimizin əsasında ölkə başçısının gələcəyə hesablanmış düşünülmüş siyasəti dayanır”.
“Qlobal pandemiyanın Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcəyini deyən A.Badamov əlavə edib ki, dünyada elə bir ölkə yoxdur ki, bundan təsirsiz ötsün: “Pandemiyadan sonra dünyada iqtisadi mənzərə dəyişiləcək və əvvəlki səviyyəyə qayıtmaq çətin olacaq. Lakin ölkəmizdə cənab Prezidentin rəhbərliyi altında aparılan düşünülmüş siyasət müəyyən müddətdən sonra bizə öz iqtisadi fəallığımızı bərpa etmək imkanı verəcək. Bu gün isə qeyd etdiyim ki, bütün imkanlar pandemya ilə mübarizəyə cəlb olunub. 20-dən çox xəstəxana, Yeni klinika koronavirus xəstələrin müalicəsinə verilib. Tibbi maska və dizenfeksiya vasitələri istehsal edən sahələr qısa bir zamanda istismara verilib. Ölkədə xüsusi karantin rejimi tətbiq olunaraq mədudiyyətlər tətbiq olunub. Məhz ölkə başçısının tapşrıqları ilə görülən tədbirlərin göstəricisidir ki, Azərbaycanda koronavirus pandemiyasına yoluxmaların sayı aşağı həddə saxlaya bilmişik. ÜST-ın rəhbəri də Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər çox müsbət dəyərləndiribvə bir çox ölkələr üçün nümunə olduğunu qeyd edib. Atılan addımlar, görülən işlər bird aha sübut edir ki, Azərbaycan dövləti üçün vətəndaşlarımızın sağlamlığı ilk yerdə dayanır. Biz birlikdə güclüyük”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB