“Müxalifətin riyakarlıq etdiyini isbatlayan yüzlərlə material var” RƏY-ÖZƏL

"Bəzi müxalifət birliklərinin Prezidentin 6 aprel Sərəncamına (“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında”) yanaşmaları əsil riyakarlıq nümunəsidir". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, belə ki, “COVID-19” mövzusu gündəmə gələn andan, yəni, təqribən ötən üç ay müddətində “radikal düşərgə” təmsilçilərinin hakimiyyətə qarşı əsas iradlarından biri məhz bu idi ki, “COVID-19” riski nəzərə alınaraq, risk kateqoriyasına daxil olan məhkumlar azadlığa buraxılsınlar: "Onlar şiddətlə tələb edirdilər, hətta hakimiyyəti qınayırdılar ki, nə üçün məhbusların azadlığa buraxılmasını təmin etmirlər. Bu yöndə çıxışlarını inkar edə bilməzlər, çünki danışıqları, çıxışları onlayn resurslarda qalır, arxivləşib, hər bir kəs həmin açıqlamalarla tanış ola bilər. İndi əfv sərəncamı verilib, əfv sərəncamı imzalanıb, 176 nəfər azadlığa buraxılıb. Burada növbədə yaş məsələsinə istinad olunub. Yaşı 65-dən yuxarı olan, “COVID-19” –a yoluxma riski yüksək insanlar azadlığa buraxılıblar. Bu, müxalifəti çaşqın duruma salıb, onların tənqid üçün arqumentlərini əllərindən alıb. Ona görə belə danışırlar. İndi də ayrı-ayrı fərdlərin adı üzərində fokuslaşaraq, prosesi gözdən salmağa çalışırlar. Məsələn, xüsusi qabartdıqları məqamlardan biri Akif Çovdarov, Subahir Qurbanovun adlarıdır. Amma nəzərə almırlar, daha doğrusu, demirlər ki, Akif Çovdarov ürək xəstəsidir, cəmiyyət üçün artıq təhlükə kəsb etmir. Əfv sərəncamı verilərkən, bütün bunlar nəzərə alınıb. Amma təsəvvür edin ki, əgər əfv Sərəncamı olmasaydı və indiki pandemiya dövründə Akif Çovdarovla bağlı həbsxanada nə isə baş versəydi, görən “radikallar” nələr yazardılar, nələr danışardılar?"

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə