"Fərman göstərdi ki, hər bir insanın sağlamlığı dövlətimiz üçün önəmlidir" Sahibə Qafarova

“Bugünlərdə Azərbaycan Prezidenti yeni bir humanist addım atıb. Cənab Prezidentin sərəncamı ilə 176 nəfər əfv edilib". SİA-nın xəbərinə görə bunu Milli Məclisin dpieri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, ölkə başçısının bu addımı onu göstərir ki, hər bir insanın sağlamlığı dövlətimiz üçün önəmlidir: "Burada əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır”.

Azərbaycanın dünyada koronavirusla mübarizənin ön sıralarında dayandığını deyən spiker vurğulayıb ki, dövlət tərəfindən bu istiqamətdə bütün lazımi işlər görülür: "Bir neçə gün öncə prezident İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda tibbi maska istehsal edən müəssisəsinin açılışında iştirak edib. Prezident İlham Əliyev 2 gün əvvəl modul tipli 6 xəstəxananın yaradılması ilə bağlı da 15 milyon manata yaxın vəsait ayırıb. İqtisadi böhrana yol verməmək üçün lazımi tədbirlər görülür. Orta və kiçik sahibkarlara şərait yaradılır. Aztəminatlı ailələrə yardım göstərilir. Bütün bu tədbirlərə görə Milli Məclis adından prezidentə təşəkkür edirəm".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...