Monteneqro XİN Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” pisləyib

Monteneqro Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” pisləyən mövqe nümayiş etdirib.

SİA xəbər verir ki, nazirlik rəsmi “Twitter” səhifəsində bu barədə yazıb. Yazıda bildirilib ki, Monteneqro ATƏT-in Minsk Qrupunun və həmsədrlərinin status-kvonun xaricində və hərtərəfli, davamlı sülh naminə əsaslı danışıqlarda irəliləyişə nail olmaq səylərinə qətiyyətli dəstəyini bir daha bəyan edir. 2020-ci il martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma “prezident və parlament seçkiləri” bu məqsədə xidmət etmir və ya Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə, ya da davam edən danışıqlar prosesinin nəticələrinə təsir edə bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...