"İnsanların kütləvi toplaşdığı yerdən uzaq olmaq lazımdır" ÖZƏL-MÜNASİBƏT

"İnsanların kütləvi toplaşdığı yerdən uzaq olmaq lazımdır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları çox düzgün qəbul edir və alqışlayıram". Bunu SİA-ya millət vəkili Kamilə Əliyeva deyib.

Deputatın sözlərinə görə, Çində başlanan koronovirus artıq bütün dünyada ciddi təhlükə yaradıb: "Amma bu virus Azərbaycanda 15 nəfərdə müşahidə olunsa da həmin insanlar heç də azərbaycanlılar deyil. Onlar İrandan gələn, sərhədi keçən tələbələr arasında müşahidə olunmuşdu. Azərbaycan profilaktik cəhətdən bundan qorunmalıdır. Biri var xəstəliyi müalicə etmək, biri də var onun qarşısını əvvəlcədən almaq. Əlbəttə daha yaxşı olar ki, əvvəlcədən profilaktik tədbirlər görülsün ki, bunun qarşısı zamanında alınsın. Bu ciddi bir xəstəlik olduğuna görə də Azərbaycan hökuməti profilaktik olaraq müəyyən tədbirlərin həyata keçirilməsinə qadağalar qoydu. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını dəstəkləyirəm. Bu çox lazımlı bir qərarlar idi. Ümumiyyətlə burada insanların özlərindən də çox şey asılıdı. Baxın, bir tərəfdən məktəblər, ali təhsil ocaqları bağlanıb amma digər tərəfdən görürsünüz ki, valideyinlər öz uşaqlarını əyləncə mərkəzlərinə, idman zallarına, alış-veriş mərkzələrinə aparırlar. İnsanlar bir növ bu xəstəliyi ciddiyə almırlar. Bu gün insanların ən çox toplaşdığı yerlər toylar, yas mərasimləridir. Bu mənada Operativ Qərargahın verdiyi tövsiyyələr, qadağalar insanlar tərəfindən ciddi qəbul olunmalıdır. Təbii ki, burada gigiyenik qaydalar da var. Kütləvi insanların toplaşdığı yerdən uzaq olmaq lazımdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə