Nikol Paşinyan özünü İsa Məsihlə eyniləşdirib

Nikol Paşinyan özünü İsa Məsihlə eyniləşdirib

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazır ki, ötən gün Gürcüstanın erməni ictimaiyyəti ilə görüşən Nikol Paşinyan yenə də özü ilə İsa Məsih arasında paralellər aparıb. SİA xəbər verir ki, kadr siyasəti ilə bağlı Paşinyan deyib: “Bu yaxınlarda mən satqınlardan və satqınçılıqdan daınşdım ki, onlar olub və mümkündür ki, bundan sonra da olacaqlar, xüsusilə hüquq-mühafizə sistemində. Nə zaman bu mövzu ətrafında düşünürəmsə, mənə bir daha Bibliya köməyə gəlir. Hətta İsa Məsih tərəfindən seçilən kadrlar arasında da satqınlar olub. Ona görə də, hətta İsa öz kadrlar siyasətində xəyanətlərlə üzləşirsə, bu zaman hansısa baş nazirin, konkret olaraq isə mənim belə bir siyasət yürüdə bilmək imkanına malik olmağım təkəbbürlük olardı”.

Paşinyanın özünü İsa Məsihlə eyniləşdirməsinə “Hraparak” qəzeti ilginc sualla münasibət bildirib: “Maraqlıdır, bəs İsa Məsih və Bibliya naşı hakimiyyət və pis idarəetmə ilə bağlı nə deyirər?”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə