Obama beynindən əməliyyat olunub?

Obama beynindən əməliyyat olunub?

"Dail Mail" qəzetində yayımlanan bir xəbərə görə, "The Escape The Tyranny" adlı mühafizəkar sosial şəbəkə saytı ABŞ prezidenti Barak Obamanın gizli beyin əməliyyatı keçirmiş ola biləcəyini iddia edib.

 

Saytın şərhçilərindən Ben Hart ABŞ prezidenti Barak Obamanın sağ profildən çəkilmiş bir şəklinə diqqət çəkərək prezidentin başında görünən izlərin beyin əməliyyatından sonra qalan izlərə bənzədiyini bildirib. Hart Obamanın gizli beyin əməliyyatı keçirmiş ola biləcəyini yazıb. Prezidentin doğum sertifikatının sirr kimi saxlandığını bildirən Hart saytda "Obama beyin əməliyyatı keçirdimi? Bu, onun düşünməsinə təsir edirmi?" kimi suallar ünvanlayıb.

 

İddiaların gülünc olduğunu bildirən Ağ Evdən verilən açıqlamada isə bu yazılanların ciddi qəbul olunmaması istənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə