Britaniya səfirliyinin radikal müxalifəti maliyyələşdirdiyi güman edilir - FAKT
Bu gün Müsavat partiyasının Binəqədi rayonu ərazisində yerləşən qərargahının yaxınlığında keçirilən tədbir haqqında məlumat hazırlayan SİA-nın əməkdaşı maraqlı hadisə müşahidə edib. Belə ki, Böyük Britaniyanın ölkəmizdəki səfirliyinə məxsus avtomobil Müsavat qərargahının qarşısında dayanıb. Avtomobildən düşən şəxs əlində qalın qovluqla qərargaha daxil olub və bir az sonra artıq qovluqsuz geri qayıdaraq maşına minib və oradan uzaqlaşıb. Müxbirimizin müşahidəsi qovluqda böyük məbləğdə pul olduğu qənaətinə gəlməyə əsas yaradır.
Müxalifət partiyalarının xaricdən maliyyə dəstəyi alması barədə mətbuatda gedən çoxsaylı məlumatları nəzərə alaraq İctimai Palatada (İP) təmsil olunan Müsavat və AXCP-nin aksiyalarının xaricdən maliyyələşdirildiyinin həqiqət olduğunu üzə çıxarır. Ehtimal ki, İP-nin aprelin 16-na təyin etdiyi etiraz aksiyasına maliyyə vəsaitinin ayrılması Böyük Britaniya səfirliyinə həvalə olunub.
Məsələ ilə əlaqədar Müsavat partiyası ilə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qaldı.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB