"Qadınlar və uşaqlar şaxtada ölürdü" - RUSİYA KİV-i

Rusiyanın lenta.ru saytında Azərbaycanda ermənilərin törətdiyi və azərbaycanlıların vəhşicəsinə qətli ilə nəticələnən Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilib. Məqaləni olduğu kimi təqdim edirik.

Dağlıq Qarabağın Xocalı şəhərinə edilən hücum zamanı 613 dinc sakin qətlə yetirilib. Faciədən 28 il ötüb, amma günahkarlar cəzalandırılmayıb. 28 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın Xocalı şəhərində azərbaycanlıların dəhşətli qətliamı baş verib və onların xatirəsi idiyədək yad edilir. Qarabağ münaqişəsinin qızğın çağında Ermənistan silahlı qüvvələri strateji əhəmiyyətə malik olan şəhəri mühasirəyə alıb və sonra hücuma keçib. Bu əməliyyat dinc sakinlərin kütləvi ölümü ilə nəticələnib. 600-dən çox yerli azərbaycanlı, əsasən uşaqlar, qadınlar və qocalar öldürülüb. Günahkarlar isə heç cəzalandırılmayıb.

Xocalı faciəsi Dağlıq Qarabağdakı müharibənin ən qanlı və amansız epizodu adlanır. Həmin faciəli hadisələrin xatirələri lenti.ru qalereyasındadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...