Erməni politoloq: "Paşinyan Münhendə İlham Əliyevə məğlub oldu" ETİRAF

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı açıq görüşü təhlil edən erməni politoloq Andranik Tevanyan, erməni tərəfinin itirdiyini etiraf edib. SİA-nın xəbərinə görə, bu barədə politoloq öz “facebook” səhifəsində qeyd edib.

İştirakçıların "psixoloji hazırlığı" və "bədən dili" haqqında danışan Tevanyan, Ermənistanın nümayəndələrinin iclasda “itirən tərəf” olduğunu və bunda özlərinin günahkar olduqlarını vurğulayıb.

Görüşün məzmununu şərh edən ekspert qeyd edib ki, Azərbaycan Prezidenti növbəti dəfə danışıqlar tələblərini qəti şəkildə səsləndirdi, lakin Paşinyan mahiyyət etibarilə heç nə deyə bilmədi.

Bununla yanaşı, Tevanyan Nikol Paşinyanın davranışını tənqid edərək onun nə biliyə, nə inama, nə də “tez cavab vermək qabiliyyəti”nə malik olmayan ölkə rəhbəri kimi davrandığını, bununla da “həqiqi çəkisini” göstərdiyini vurğulayıb.

"Paşinyan, beynəlxalq ictimaiyyət qarşısında bu cür çıxış etməklə bir daha sübut etdi ki, dövlət başçısı kostyumu onun üçün həddindən artıq çox böyükdür!”,- deyə politoloq qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə