Yunanıstanın DEPA Azərbaycan qazını Türkiyə vasitəsilə deyil, Azərbaycanın özündən almaq istəyir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Yunanıstanın DEPA şirkəti arasında qarşılıqlı anlaşma Memorandumuda göstərilib.
Qeyd edək ki, bu gün Yunanıstan prezidenti Karolas Papulias Azərbaycana rəsmi səfərə gəlir. Eyni zamanda iki ölkə arasında dənizçilik, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair hökumətlərarası sazişin imzalanması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB