“Korea Expert Consulting Group” təşkilatının direktoru: “Koreya sahib olduğu unikal təcrübəni Azərbaycanla bölüşmək istəyir”
Koreya Respublikası sahib olduğu unikal təcrübəni Azərbaycanla bölüşmək istəyir. SİA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan "Korea Expert Consulting Group" təşkilatının direktoru Kyung Soon Song jurnalistlərə açıqlamasında deyib.
İstəklərinin heç də Koreya təcrübəsinin daha üstün olduğunu diktə etmək olmadığını deyən təşkilat rəhbəri bildirib ki, ölkəsinin iqtisadi inkişaf yolunda pis təcrübəsi də olub: "İstəyirik ki, bu pis təcrübələri də Azərbaycanla bölüşək, Azərbaycan pis təcrübələrdən yan keçsin. Koreya belə bir inkişafa qabaqcıl xarici təcrübə sayəsində nail ola bilib. Görürük ki, Azərbaycan dövləti də iqtisadiyyatın modernləşdirilməsində istəkli və qabaqcıl xarici təcrübələrdən yararlanmaqda həvəslidir."
İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu bildirən Kyung Soon Song Koreyanın aşağı gəliri olan bir ölkədən inkişaf etmiş bir dövlətə çevrildiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB