Şahnazaryan bir, Naqdalyan başqa cür danışsa da... ANALİZ

Şahnazaryan bir, Naqdalyan başqa cür danışsa da... ANALİZ

Ermənistanın XİN rəsmisi danışıqlar prosesində dalana dirənmə faktını ört-basdır etməyə cəhd göstərir

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, hazırda politoloqluq edən David Şahnazaryan Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı ilginc iddialar irəli sürüb. SİA xəbər verir ki, erməni mətbuatının yazdığına görə, Şahnazaryan Cenevrədə Qarabağ münaqişəsinin siyasi yolla nizamlanması ətrafında “məzmunlu danışqların” keçirildiyini bildirib.

David Şahnazaryan “Məzmunlu danıqların intesivləşdirilməsi barədə danışılır”

Erməni siyasətçisinin sözlərinə görə, danışıqlar prosesində əsas məsələlərdən biri Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin birgə yaşadıqları zonanın yaradılmasıdır. “İlk növbədə Şuşanın məsələsi müzakirə olunur, habelə məzmunlu danıqların intesivləşdirilməsi barədə danışılır”, deyə ötən gün sözügedən məsələ ilə bağlı açıqlama verən erməni politoloqu onu da bildirib ki, məhz bu kontekstdə, Cenevrədə keçriilən danışıqlara paralel olaraq, ABŞ-ın Bakıdakı səfiri Erli Litsenberger öz təşəbbüsü ilə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb.

Anna Naqdalyan: “Onun analizi Azərbaycan tərəfi və onlara bağlı dairələr üçün maraqlı ola bilər”

Maraqlıdır ki, Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Anna Nağdalıyan bildirib ki, David Şahnazaryanın analizində bu günkü reallıqla bağlı olan heç nə yoxdur. “Onun analizi Azərbaycan tərəfi və onlara bağlı dairələr üçün maraqlı ola bilər, lakin analizin başlıca nöqsanı budur ki, indiki reallıqla əlaqəsi yoxdur”, deyən Naqdalyan Ermənistanın danışıqlar prosesində dalana dirənməsi reallığını gizlətməyə çalışıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə