"Rusiya-İran parlamentləri arasında əməkdaşlıq formatı illərdir mövcuddur" ÖZƏL - MÖVQE

"Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin İrana səfəri zamanı iranlı həmkarı Əli Larincani ilə görüşüb. Volodin iranlı həmkarı ilə görüşdə təklif edib ki, Xəzər bögləsinin məsələlərini həll etmək məqsədilə iki ölkənin parlamentləri arasında yeni əməkdaşlıq formatı təşkil edilsin (?!)". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Rusiya və İran parlamentləri arasında əməkdaşlıq formatı illərdir mövcuddur: "Ona görə də sırf Xəzər bölgəsi ilə bağlı yeni əməkdaşlıq formatının yaradılması təşəbbüsü suallar doğurur. Xəzər yalnız Rusiya və İrana aid deyil, əgər yeni əməkdaşlıq formatından gedirsə, Xəzərə sahili olan digər ölkələr də haqqında danışılan, ancaq açıqlanmayan məsələlərin həllinə cəlb olunmalıdırlar. Doğrudur, Volodin yeni formata digər sahil ölkələrinin dəvət olunacağını da açıqlayıb. Ancaq Moskvanın yeni format barədə Tehranla yanaşı Bakı, Astana və Aşqabadı da məmulatlandırmasına ehtiyac var. Xəzərin statusu müəyyənləşib və əməkdaşlığın bütün istiqamətləri bəllidir. Ona görə də Moskvanın Xəzərdə yeni “əməkdaşlıq formatında” nələrin nəzərdə tutulduğu diqqəti cəlb edir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə