"Forumda Azərbaycanın iqtisadi potensialı ortaya qoyulur" ÖZƏL-MÜNASİBƏT

"Forumda Azərbaycanın iqtisadi potensialı ortaya qoyulur" ÖZƏL-MÜNASİBƏT

"Davos Forumu iqtisadi xarakter daşısa da, bu artıq dünya liderlərinin, dünyanın taleyini həll edən şirkət rəhbərlərinin qeyri formal dünya problemlərini həll edən bir məclisə çevrilib. Forum orada iştirak ölkələrin bir-biri ilə sıx iqtisadi əlaqələr qurmasına, dünya problemlərinə öz baxışlarını açmasına imkan verir". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev davamlı olaraq artıq uzun müddətdir ki, Davos Forumunda iştirak edir: "Bu Forum çərçivəsində çox sayda görüşlər keçirilir, Azərbaycana maraq göstərən şirkətlərlə müzakirələr aparılır və Azərbaycanın iqtisadi potensialı ortaya qoyulur. Cənab Prezidentin görüşlərində, müsahibəsində və eyni zamanda işgüzar müzakirə panelində çıxışları Azərbaycanın qısa bir zamanda böyük uğurlar qazandığını göstərir. Azərbaycan müstəqil daxili və xarici siyasət yeridir, ölkəmiz təbii sərvətlərindən səmərəli şəkildə istifadə edir.

Azərbaycan bu gün regionun stabillik faktoruna çevrildiyini bariz şəkildə ortaya qoyur. Ölkəmizlə bağlı müzakirələrdə dünyanın Azərbaycanın uğurlarına böyük maraq göstərdiyini bir daha hiss edirik. Daxili problemləri olan ölkələr Azərbaycanın təcrübəsindən müsbət mənada yararlana bilərlər. Eyni zamanda təbii sərvətlərdən gələn gəlirlərin əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, iqtisadi potensialının güclənməsinə doğru atılan addımlarla az əhəmiyyətli deyil. Ən əsası Davos Forumunda Azərbaycan bir daha Ermənistan tərəfdən torpaqlarının bir hissəsinin işğalının tək Azərbaycan deyil, region və dünya üçün fəsadlarını göstərə bilir. Dünya Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə daha yaxından tanış ola bilər. Hesab edirəm ki, cənab Prezidentimiz həmişə olduğu kimi bu dəfə də bu beynəlxalq forumdan Azərbaycanın tanıdılması, ölkəmizə olan maraqların daha yaxından öyrənilməsi üçün uğurla istifadə edə bildilər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə