28 il əvvəl Şuşa yaxınlığında... - FACİƏ

Şuşa şəhəri yaxınlığında vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 28 il ötür. SİA xəbər verir ki, 1992-ci il yanvarın 28-də Ağdamdan uçan Mi-8 tipli mülki vertolyot Şuşa rayonunun Xəlfəli kəndi üzərində vurulub.

Erməni silahlı birləşmələrinin Xankəndi istiqamətindən açdığı atəş nəticəsində vurulan vertolyotda 41 sərnişin və 3 ekipaj üzvü olub.

Əksəriyyəti qadın və uşaqlar olan sərnişinlər və ekipaj üzvləri - 44 nəfərin hamısı həlak olub.

Məhz bu hadisədən sonra Qarabağ səmasında əhalinin evakuasiyası üçün vertolyotdan istifadə olunması dayandırıldı və təxminən bir ay sonra Rusiyanın 366-cı alayının dəstəyi ilə erməni cəlladları köçürülə bilməyən Xocalı əhalisinə qarşı soyqırımını törətdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə