Pompeo dörd ölkənin rəsmiləri ilə görüşəcək

Liviya üzrə beynəlxalq konfransda iştirak etmək üçün Almaniyaya səfər edən ABŞ dövlət katibi Mayk Pompeo konfrans çərçivəsində Aİ, Misir, Türkiyə, Almaniya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmiləri ilə görüşəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Pompeo öncə Misir prezidenti Əbdülfəttah əs-Sisi və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ilə görüşəcək. Bundan başqa amerikalı diplomatın Türkiyə, Almaniya və BƏƏ xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Heiko Maas, Abdulla ibn Zayd ilə görüşün keçirilməsi də nəzərdə tutulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə