Yaponiyada radiasiya səviyyəsinin artdığına dair ziddiyyətli mövqelər mövcuddur. SİA-nın xəbərinə görə, nüvə obyektində radiasiya səviyyəsinin hədsiz dərəcədə artması səbəbi ilə işçilər obyekti tərk etməli olub. Fukuşima-Daiçi stansiyasının əməliyyat idarəsinin radiasiya səviyyəsi normadan 10 milyon dəfə artıq olduğuna dair məlumatın yanlış olduğu deyilir.
Hazırda yeni testlərə göstəriş verilib. Obyektin ətrafındakı suların 300 metrlik ərazisində radiaktiv yod aşkar edilib. Nüvə Təhlükəsizliyi Agentliyi yarım litr suda bir insanın il ərzində ala biləcəyi radiasiya səviyyəsinə bərabər olduğunu bildirir.
Suyun zəhərlənməsi radiasiyanın yayıldığına işarədir. Suda radiasiya keçən həftə Tokio və onun ətralarında da aşkar edilmişdi. Nüvə obyekti yaxınlığındakı fermalarda süd və tərəvəzdə radiasiya olduğu bildirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB