Paşinyan hakimiyyətinin kadr potensialı problemlərə cavab vermir
Ermənistan hakimiyyətinin kadr potensialı ölkənin üzləşdiyi problemlərə cavab vermir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə dekabrın 24-də Siyasi İqtisadiyyat Tədqiqat İnstitutunun direktoru Andranik Tevanyan ilin yekunlarına həsr olunmuş konfransda məlumat verib.
O, qeyd edib ki, 2020-ci il ciddi siyasi proseslər ili və Ermənistanın yeni hakimiyyəti üçün məsuliyyət dövrü olacaq. Onun sözlərinə görə, gələn il həm müxalifətdən, həm də iqtidar düşərgəsindən olan insanlar üçün məsuliyyətli olacaq, burada cəmiyyətin qaralara və ağlara bölünməsi üçün gündəmdə yer olmayacaq.
Tevanyan vurğulayıb ki, təsadüfi insanlar hakimiyyətə gəldilər və onların kadr potensialı ölkənin üzləşdiyi problemlərə uyğun gəlmir.
“Biz yalnız bir insanın orta əsrlər monarxiyası istəyini, məhkəmə sisteminə təzyiqlərini görürük. Demokratiya yerli idarəetmə səviyyəsində başlayır, halbuki görürük ki, əvvəllər İrəvan meri büdcədənkənar vəsaitlərdən istifadə etməkdə ittiham olunurdusa, indi onlar özləri bu üsullara əl atırlar. Paşinyan hakimiyyətindən indi Ermənistan Futbol Federasiyasının prezidentinə qarşı da istifadə edirlir", deyə ekspert bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB