Paşinyan hakimiyyəti inhisarçı canavara çevrilib

Paşinyan hakimiyyəti inhisarçı canavara çevrilib

Yaxşı bir müxalifət olmadan Ermənistanın gələcəyi qeyri-müəyyən, asılı və qaranlıqdır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Maariflənən Ermənistan” partiyasının lideri Edmon Marukyanın, partiyanın 4-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı söyləyib.
O, deyib ki, inqilabi ritorikadan çıxmalı, "müxalifətçi " terminini ləkələyən siyasi cinayətkarları unutmalı və həqiqi bir hökumət qurmağa başlamalıyıq.

“Bu gün həqiqi müxalifət uğursuz olarsa, deməli inqilabın uğursuz olduğuna əminəm, çünki siyasi sistem inhisarçılıq siyasəti yürüdür və buna görə bu gün Paşinyan hakimiyyəti inhisarçı canavara çevrilib. Rəqabətdən kənarda qaldıqda, Paşinyanın başçılıq etdiyi bugünkü kabinetin inhisar gücü tədricən dəyərdən düşür və bu, bütün inqilabın dəyərdən düşməsinə səbəb olur”, deyə partiyasının lideri Edmon Marukyanın bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə