Millət vəkili: “Zəif dünyagörüşlü gənclər müxtəlif təbliğatların, təxribatların qurbanına çevrilə bilər” - AÇIQLAMA
Gənclər kompüterə bir əyləncə vasitəsi, boş vaxtını keçirmək üçün alət kimi baxır. Onların kompüterə, internetə həddən artıq aludəliyi müəyyən psixi pozuntulara səbəb olur. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin üzvü Gülçöhrə Məmmədova Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. O, qeyd edib ki, xüsusilə, zəif dünyagörüşlü gənclər internetin əsirinə çevrilirlər: "Onlar müxtəlif təbliğatların, təxribatların qurbanına çevrilə bilər, bunu da yolverilməz sayıram".
Onun sözlərinə görə, bu gün dünyada informasiya müharibəsi gedir və böyük dövlətlər öz siyasətini həyata keçirmək üçün, başqa dövlətlər daxilində təxribatlar törətmək məqsədilə də İnternet məkanından ustalıqla istifadə edirlər: "Hər birimiz bu hallara qarşı ayıq-sayıq olmalıyıq. Bunun üçün isə internetdən, informasiya məkanından məqsədyönlü şəkildə, öz inkişafımız üçün və Azərbaycan həqiqətlərini, Qarabağ problemini, xalqımızın mədəniyyətini və tarixini dünyaya çatdırmaq üçün istifadə etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB