Daha bir terrorçu vətəndaşı Türkiyədən deportasiya edilib

Fransa vətəndaşı olan daha bir terrorçu Türkiyədən deportasiya edilib. SİA "Sabah"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, terrorçuluqda ittiham olunaraq Türkiyədə saxlanılan xarici ölkə vətəndaşlarının deportasiyası davam edir.

Qeyd edək ki, dekabrın 9-da Türkiyə Fransa vətəndaşları, terrorçu İŞİD qruplaşmasının 11 üzvünü ölkəsinə deportasiya edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə