“Vaşinqtonda özünə təzə bığ qoyan Həsənov Cəmil...” RƏY-ÖZƏL

"Müxalifət düşərgəsini təmsil edən şəxslərin məqsədi ölkədə keçiriləcək bu seçkilərə kölgə salmaqdır". Bunu SİA-ya açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, yəni bu seçkilərə qeyri legitimlik statusu vermək istəkləridir: "Hər dəfə ölkədə nə isə bir seçkilər keçirilən zaman müxalifət düşərgəsini təmsil edən şəxslər başlayırlar hay-küy salmağa. Bunun Əlisə də, gedib Vaşinqtonda özünə təzə bığ qoyan Həsənov Cəmildə artıq bu seçkilərə bağlı anormal çıxışlar etməyə başlayıblar. Demək olar ki, ömür boyu onlar bu cür xəyanətlərlə məşğul olub və olmağa da davam edirlər. Amma onların nə istəməsindən və nə etməsindən asılı olmayaraq onların heç vaxtı məkrli planları baş tutmayacaqdır. Demək olar ki, adları çəkilən şəxslərin bu seçkilərə getməmələri xaricidən idarə olunan bir prosesdir. Bunun da başında Azərbaycan dövlətinin inkişafını istəməyən və ölkəmizin uğurlarına kölgə salmaq istəyən qüvvələr dayanır. Amma parlament seçkiləri şəffaf, demokratik şəkildə keçiriləcək və radikal müxalifətin məkrli planları baş tutmayacaq".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...