İsveçrə Prezidentinin Azərbaycana səfəri başlayıb

İsveçrə Prezidentinin Azərbaycana səfəri başlayıb

Martın 13-də İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi Rey Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi Reyi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli geyimli uşaqlar İsveçrə Konfederasiyasının Prezidentinə gül dəstələri təqdim ediblər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Mişelin Kalmi Rey və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə