Ermənistan hələlik NATO-ya daxil olmağa çalışmır. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski "Komsomolskaya Pravda" radiosunun efirində danışan deyib və onun ifadələri erməniləri qıcıqlandırıb.
Dumanın deputatı Rusiyanın xarici ölkələrin borclarını bağışlaması məsələsini şərh edərkən bildirib ki, bu ölkələrin digər supergüclərə "getməməsi" üçün belə bir addım vacibdir. "Komsomolskaya Pravda" radiosunun efirində danışan Jirinovski qeyd edib ki, Qırğızıstan və Tacikistan kimi ölkələrin borcları bağışlanmazsa, Çin və Əfqanıstan tərəfindən əziləcək.
“Rusiya Ermənistan kimi onları da saxlayır. Orada da həll olunmamış məsələlər var, amma indiyə qədər Ermənistan NATO-ya daxil olmağa çalışmır və Azərbaycan Türkiyə ilə dostdur, amma yenə də bizimlə normal münasibətlərdədir", deyə Rusiya Dövlət Dumasının deputatı bildirib.
Jirinocski əlavə edib ki, Rusiya Ermənistan kimi ölkələrin borclarını bağışlamaqla, borcluları geosiyasi dönüşdən çəkindirir və öz tabeliyində saxlayır. Dümanın deputatının sözlərindən bəlli olur ki, Rusiya Ermənistanı öz tabeçiliyində saxlamaqda davam edir.
Xatırladaq ki, MDB məkanında Rusiyaya borclu olan dövlətlər var və Ermənistan bu siyahıda üçüncü yerdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB