"Qoşulmama Hərəkatının zirvə görüşünün Bakıda keçirilməsi Qarabağ məsələsinin daha çox gündəmə gəlməsinə səbəb olub. Bu hərəkatda 120 dövlət təmsil olunub. 1955-ci ildən formalaşmağa, 1961-ci ildən fəaliyyətə başlamış Bandunq prinsipinin ikinci bəndi məhz ərazi bütövlüyü məsələsi, yəni işğala son qoyulması məsəsləsidir. Bakıda keçirilən XVIII zirvə görüşündə cənab Prezident Qarabağla bağlı məlumat verib və qəbul olunan Bakı bəyannaməsində də bu bənd öz yerini tutub". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloqun sözlərinə görə, burada iki istiqamətdə Azərbaycan öz işini görüb. Cənab Prezident Soçidəki Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çıxışı, daha sonra MDB-nin Aşqabaddakı sammitində neofaşizmin baş qaldırması ilə bağlı söylədiyi fikirlər birmənalı şəkildə öz əksini tapıb ki, niyə neofaşizmə qarşı bu ölkələr birlikdə mübarizə aparmırlar!? Bu gün işğalçılıq, neofaşizm Ermənistanın birbaşa siyasətidir.
C.Nuriyev vurğulayıb ki, son iki gündə Ermənistanın bütün mətbuatı artıq Paşinyanın siyasi zəifliyini və məğlub olduğunu elan edib: ”Çox gözəl başa düşüblər ki, bu dövlətlərin içində Pakistan kimi nüvə silahına sahib, siyasi arenada öz sözünü demiş güclü dövlətlər var. Qonşu İran da həmçinin həmin bəyannaməni imzalayıb, baxmayaraq ki, Ermənistan bəzi vaxtlar İrana daha çox etimad edib. Bütün bunların fonunda eyni zamanda həmsədrliyin Azərbaycana keçməsi o deməkdir ki, Ermənistan artıq küncə sıxışdırılıb. Ermənistanın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ məsələsinin həll olunmaması ilə bağlı əllərində heç bir siyasi dividendləri yoxdur. Sadə dildə desək, hansısa oyun qurmaq imkanları sıfıra bərabərdir”.
"Ona görə də Bakıda keçirilən XVIII zirvə görüşünün çox böyük əhəmiyyəti var. Yəni siyasi cəhətdən bu bir növ Azərbaycanın həyatında yeni dövrün başlanğıcıdır. Və çox xoşdur ki, bu dövrün başlanğıcı cənab Prezidentin sədrliyi altında həyata keçiriləcək. Yəni Azərbaycan öz ərazi bütövlüyünə qovuşacağına birmənalı şəkildə artıq inanıram", - deyə politoloq qeyd edib.
Politoloq İranın Bakı bəyannaməsini imzalamasının əhəmiyyətindən də danışıb. “Cənab Prezident bütün bu siyasi ssenariləri nə üçün hazırlamışdı!? Bəli bu bir siyasi ssenari idi və uğurla başa çatdırıldı. Bəyannamə qəbul olunandan sonra bu onun siyasi nəticəsidir. Hər hansı bir ssenarinin siyasi nəticəsi varsa, onun icrası da gündəmə gəlməlidir. Çünki Prezident eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının da qəbul etdiyi qətnamalərin icra edilməməsilə bağlı BMT-nin özündə belə islahatların aparılması məsəsləsini gündəmə gətirib. Əgər BMT-yə üzv 193 dövlətin 120-si belə bir qərar qəbul edirsə və buna dövlət olaraq imza atırsa, bu o deməkdir ki, Azərbaycan artıq Qarabağ məsələsinin siyasi həllini birmənalı şəkildə ortaya qoyub. Əgər Ermənistan bu variantla razılaşmayacaqsa, artıq Azərbaycan həm ölkə ərazisində separatizmə qarşı, həm işğal olunmuş ərazilərin işğaldan azad olunması ilə bağlı aparılacaq istənilən hərbi əməliyyatını dünyanın 120 dövləti dəstəkləyəcək. Buna bizim heç bir şübhəmiz yoxdur”.
Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB