Qərib Məmmədov: "Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası ilə bağlı növbəti danışıqların Tiflisdə keçirilməsi nəzərdə tutulur"
"Azərbaycanla Rusiya ilə sərhədlərinin 390 km-dir. Ötən il Rusiya prezidenti Dmitri Medvedyev Bakıya səfər edərkən Azərbaycan prezidenti İlham Əliyevlə sərhəd müqaviləsi imzalayıb. Artıq həmin müqavilə Azərbaycanın Milli Məclisi tərəfindən ratifikasiya edilib". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib. O bildirib ki, artıq Azərbaycan və Rusiya arasında sərhədləri müəyyənləşdirən sərhəd müqaviləsi ratifikasiya üçün Rusiyanın Dövlət Dumasına təqdim edilib. Onun sözlərinə görə, sərhəd müqaviləsinin təsviri xəritələri hər iki dildə-həm Azərbaycan, həm də rus dilində hazırlanaraq Dövlət Dumasına təqdim edilib. Bu sənəd ratifikasiya edildikdən sonra artıq demarkasiya işlərinə başlayacaqlarını deyən komitə sədri qeyd edib ki, yəni sərhəd koordinatlarını bəzi nişanlarla yerlərə bərkidəcəyik. Q.Məmmədovun fikrincə, bununla da dövlət sərhədinin müəyyənləşdirilməsi artıq maddi sübutla, sərhəd nişanlarının qoyulması ilə sona çatdırılacaq.
O, həmçinin Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası ilə bağlı məsələyə də münasibət bildirib. Azərbaycanın Gürcüstanla sərhədinin 480 km olduğunu deyən komitə sədri qeyd edib ki, onun 300 km-ə yaxını razılaşdırılıb, təxminən 180 km razılaşdırılmayan ərazi qalıb: "Hazırda bunun üzərində ekspertlər səviyyəsində iş aparılır və müəyyən nəticələr əldə olunub. Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası ilə bağlı növbəti danışıqların Tiflisdə keçirilməsi nəzərdə tutulur. Görüşün tarixi rəsmi Tiflisdən asılıdır. Belə ki, gürcüstanlı həmkarlarımız bizi nə vaxt dəvət etsələr, məsələnin müzakirəsi üçün o zaman Tiflisə gedəcəyik".
Komitə sədri Gürcüstan tərəfinin Keşişçi dağının həmin ölkənin hər hansı ərazisi ilə dəyişdirilməsi barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib. O bildirib ki, hansısa məscid, kilsə ilə sərhəd müəyyən olunmur, çünki bunlar sərhəd predmeti deyil.
"SSRİ dövründə 70 ildən çox yaşamışıq. SSRİ-nin tərkibində olan vaxt hər bir müttəfiq respublikanın öz sərhədi olub, növbətçi xəritədə də bu əksini tapıb. İndi sərhədləri yenidən dəqiqləşdirmək üçün bu xəritəni müstəqil dövlətlərlə razılaşdıraraq müqavilə imzalayırıq. Hələ bu haqda bir neçə il əvvəl ölkə prezidenti də fərman imzalayıb. Keşişçi dağındakı kilsə bizim tarixi abidəmizdir və Azərbaycanın balansındadır. Kimsə - gürcü və ya qeyrisi bu abidəni ziyarət etmək istəyirsə, gəlib etsin", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB