Azərbaycanın Qoşulmama Hərəkatından gözləntiləri AÇIQLAMA-ÖZƏL

Azərbaycanın Qoşulmama Hərəkatından gözləntiləri AÇIQLAMA-ÖZƏL

“Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi siyasi baxımdan uğurdur. Belə bir siyasi hərəkata üzv olmaq və sədrlik etmək ölkənin uğuru baxımından təqdirəlayiqdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, Azərbaycanın təşkilatdan əsas gözləntiləri Hərəkata üzv olan ölkələrin Qarabağ və digər beynəlxalq siyasi məsələlərdə Azərbaycana dəstək nümayiş etdirməsidir.

Hərəkatın Qarabağ münaqişəsinə təsirlərinə gəlincə, politoloq söyləyib ki, təşkilat diplomatik dəstək baxımından Dağlıq Qarabağ münqaişəsinin sülh yolu ilə həllinin normativ hüquqi bazasının təkmilləşdirilməsində bir addımdır:

“Lakin bu gün BMT-nin qətnamələrinə məhəl qoyulmursa, Hərəkata qoşulan bir qrup ölkənin iradəsinin nəyisə həll edəcəyinə inanmaq olmaz. Nəzərə alsaq ki, ATƏT-in Minsk qrupunun iki üzvü NATO-ya üzv olan ölkələrdir və onlar bu hərəkata üzv deyil, belə olan halda bu Hərəkatın qəbul etdiyi qərarlar lider ölkələrə necə təsir göstərə bilər? ATƏT-in Minsk Qrupuna üzv olan ölkələr özlərinin qəbul etdiyi qərarlara nəzarət edə bilmirsə, bu Hərəkatın qəbul etdiyi qərarlar onlar üçün heç bir təsirə malik olmayacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə