“Lənkəranda ünvanlı sosial yardımların verilməsində ciddi nöqsanlar var”
Lənkəran rayonunda ünvanlı dövlət sosial yardım üçün Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmiş 3215 ailədən 1990-na müavinət təyin edilib. SİA-nın cənub bürosunun məlumatına görə, ümumilikdə ünvanlı sosial yardımı alanlara 4 milyon 547 min 625 manat vəsait ödənilib.
"Bununla belə, ünvanlı sosial yardımın verilməsi sahəsində çox ciddi nöqsanlar var. Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində əhalinin yersiz incidilməsi, get-gələ salınması, bürokratik əngəllər adi hala çevrilib. Bu cür münasibətdən bezən vətəndaşlar üz tuturlar müxtəlif təşkilatlara və nəticədə dövlətin sosial ədalət prinsiplərinə əsaslanan fəaliyyətinə kölgə salınır. Bu cür halların qarşısı qətiyyətlə alınmalıdır".
Bu sözləri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov "2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları"na həsr olunmuş yığıncaqda səsləndirib.
Ötən il, həmçinin sosial müavinətlərin ödənilməsinə, Milli Qəhrəman və şəhid ailələrinə, fəxri adları olan şəxslərə və digər imtiyazlı təbəqələrə 3 milyon 670 min manat dövlət vəsaiti sərf olunub. 2 nəfər Böyük Vətən Müharibəsi veteranına "SLAVOTA" markalı avtomobil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB