Erməni xilasedici yanğının söndürülməsi zamanı ölüb

Erməni xilasedici yanğının söndürülməsi zamanı ölüb

Ermənistanda yanğının söndürülməsi zamanı yanğınsöndürən həyatını itirib. SİA Ermənistana məxsus rusarminfo.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın Lori bölgəsində Bazum dağ silsiləsindəki meşələrdə yanğının söndürülməsi zamanı yanğınsöndürən-xilasedici işçi həlak olub, daha bir nəfər xəsarət alıb.

Məlumata görə, ölən 22 yaşlı xilasetmə xidmətinin çavuşu, Quqark yanğınsöndürmə briqadasının yanğınsöndürən-xilasetmə işçisi Samvel Develyandır. Xilasetmə serjantı, xilasedici Edqar Qriqoryan isə yaralanıb. Yaralanmış Edqar Qriqoryan helikopterlə İrəvana aparıldığı bildirilir. Məlumatda qeyd olunur ki, Fövqəladə hallar naziri Feliks Solakyan özü şəxsən yanğın baş verən yerə gəlib və gələnlər arasında həmçinin Lori bölgəsinin rəhbəri Andrey Qukasyan da var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə