Mehriban Əliyeva BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura ilə görüşüb
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın 1-də BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rəhbəri Fikrət Akçura ilə görüşüb.
SİA-nın məlumatına görə, Mehriban xanım Əliyeva qonağı Fondda görməkdən şad olduğunu bildirib. Azərbaycanın birinci xanımı BMT-nin İnkişaf Proqramı ilə səmərəli əməkdaşlığın olduğunu deyib. Heydər Əliyev Fondunun prezidenti bu əməkdaşlıq çərçivəsində "Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışının təmin olunması" layihəsinin uğurla başa çatmasını, məhdud fiziki imkanlı insanlar üçün Gəncədə və Naxçıvanda regional informasiya mərkəzlərinin yaradılmasını xüsusi qeyd edib.
Uğurlu əməkdaşlığa görə Mehriban xanım Əliyevaya təşəkkür edən Fikrət Akçura hazırkı görüşün gələcək əməkdaşlıq istiqamətlərini, o cümlədən həyata keçirilməsi nəzərdə tutulan birgə layihələrin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Mehriban xanım Əliyevanın təhsil və səhiyyə sahəsinin inkişafına diqqət və qayğısını yüksək qiymətləndirən F.Akçura təmsil etdiyi qurumun Heydər Əliyev Fondu ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə əməkdaşlıq müstəvisində həyata keçirilən layihələr barədə ətraflı söhbət aparılmış, hazırda Yevlaxda bu istiqamətdə işlərin davam etdirildiyi vurğulanmış, tərəfdaşlığın perspektivləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB