Tahir Rzayev: “Rusiya Ermənistana qarşı təsir vasitələrini işə salır” RƏY-ÖZƏL
“Rusiya və Ermənistan münasibətlərində yaranmış çatlar gündən-günə genişlənmək və İrəvanı pis vəziyyətə salmaqdadır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə görə, bu soyuqluq hər an hiss olunur. Rusiya prezidenti Vladimir Putinin Yerəvanda keçirilən Avrasiya İttifaqının iclasında az bir müddətdə qalması bunu söyləməyə əsas verir: “Paşinyanın səhv siyasəti, ikili mövqe tutması və dalda Qərbə meyllənib, üzdə Rusiyaya yaxınlıq göstərməsi diqqətdən yayınmır. Digər tərəfdən Köçəriyanın həbsi Rusiya rəhbərliyində narazıçılıq doğurur. Ermənistan baş nazirinin bəzi məsələlərdə Rusiya ilə məsləhətləşməməsi, təkbaşına addımlar atması yaxşı qarşılanmır. Məhz buna görə də, Rusiya Ermənistana qarşı təsir vasitələrini işə salır. Ölkəyə verilən qazın qiymətinin artırılması, Yerevanın səhvləri barədə Rusiya siyasətçilərinin verdiyi bəyanatlar, səsləndirilən tənqidlər başlıcası Putinin soyuq münasibəti deyilən fikirləri səciyyələndirir. Sözsüz ki, bütün bunlar Azərbaycanın xeyrinədir, Ermənistanın böyük dövlətlər tərəfindən qəbul edilməməsi, dəstəklənməməsi işğalçı dövlətin dünya birliyindən təcrid olunmasına gətirib çıxarır”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB