"Ulu Öndərin fəaliyyət dövrü tariximizin qızıl səhifələrindəndir" ÖZƏL-MÜNASİBƏT

"Ulu Öndərin fəaliyyət dövrü tariximizin qızıl səhifələrindəndir" ÖZƏL-MÜNASİBƏT

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində çox önəmli və əhəmiyyətli illərdən biridir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin 15 iyunda hakimiyyətə gəlişi Azərbaycan tarixinin yeni səhifəsini açdı və Azərbaycanın dövlətçiliyini itirməkdən, Azərbaycanı bölünməkdən, Azərbaycanı digər dövlətlərin təsiri altında düşməkdən xilas etdi. Bu proses getdikcə artıq ölkənin necə bir prezident seçilməsinə ehtiyac yarandığı tələbi cəmiyyətdə çox ciddi şəkildə qaldırıldı". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, avqust ayında əvvəlki prezidentə etimadsızlıq göstərildikdən sonra 1993-cü ilin oktyabrın 3-də keçirilən seçkilərdə seçicilərin 90 faizindən çoxunun səsini toplayaraq Ulu Öndər Azərbaycanın Prezidenti seçildi: "İyun ayından başlanan və dövlətçiliyimizin qorunmasına yönələn siyasət daha ciddi səylə davam etdirilməyə başlandı. Azərbaycanın yüksək dövlət mexanizmi yaradıldı, Azərbaycanda milli maraqlarımızın qorunmasına yönəlik xarici siyasət yeridildi, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi prinsipial şəkildə quruldu və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Ordu quruculuğu, neft siyasətinin artıq tamam yeni bir müstəvidə aparılması, sahibkarlığın inkişafına dair bir-birinin ardınca Prezident qərarlarının qəbul edilməsi və s. bu qəbildən olan məsələlərdəndir. Bir sözlə, 3 oktyabr 15 iyunda başlanan prosesin artıq hüquqi cəhətcə təsdiqlənməsi oldu.

Ulu Öndər Heydər Əliyevin dövlət başçısı kimi fəaliyyəti bu gün Azərbaycan tarixinin qızıl səhifələrindəndir. 10 illik Prezidentlik Azərbaycana, dövlətçiliyimizin qorunub saxlanılmasına, müstəqil siyasətimizin qurulmasına, beynəlxalq aləmdə layiqli yerimizin tutulmasına gətirib çıxardı. Ümummilli Liderimizin uğurlu siyasətinin indiki Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycanın 2003-cü ildən bəri uğurlarının artıq bünövrəsini təşkil edir. Cənab Prezident Ulu Öndər tərəfindən başlanan siyasəti uğurla davam etdirir. Azərbaycanın müstəqil daxili, xarici siyasəti var. İslamçılıq Azərbaycan dövlətçiliyinin fəlsəfəsidir və atılan bütün addımlar müstəqilliyimizin qorunmasına, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, iqtisadiyyatımızın güclənməsinə, gəncliyimizə yaxşı təhsil və iş yeri və s. göstərməsinə gətirib çıxarıb".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə