Ermənistanın 88 nəfərdən ibarət hakim partiyası 90 yerə bölünüb

Ermənistanın 88 nəfərdən ibarət hakim partiyası 90 yerə bölünüb

Sasun Mikaelyan "Mənim addımım" partiyasında etibarsız hesab olunur. SİA Ermənistana məxus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “İrates” qəzeti yazır.

Qəzet yazır ki, "Mənim addımım" partiyasında sağ əlin nə etdiyini sol əlin bilməməsi xəbəri yenilik deyil. Qeyd olunur ki, ötən gün bu partiyanın nümayəndələrindən biri belə vəziyyəti olduqca fərqli şəkildə təsvir edib və bildirib ki, 88 nəfərdən ibarət partiya 90 yerə bölünüb. Məlumatda o da vurğulanır ki, partiyanın işi olduqca parçalıanmış formada təşkil olunur, hər parçalanan qrup öz mini iclaslarını keçirir və hamısını bir yerə toplamaq artıq Lilith Makunsun gücü xaricindədir. Üstəlik vurğulanır ki, o, yalnız rəsmi olaraq partiya lideridir, çünki hər hansı bir məsələ ilə bağlı heç bir qərar qəbul edə bilmir.

Nəşrin yazdığına görə, ən diqqətəlayiq vəziyyət Sasun Mikayelyan ətrafında yaranıb. O, fraksiyada etibarsız şəxs hesab olunur. Hətta bir çox məsələlər onun iştirakı ilə müzakirə olunmur. Qəzet yazır ki, Sasun Mikaelyanın Nikol Paşinyanla da ciddi fikir ayrılıqları var ki, bu da tez bir zamanda açıqlamalarda və addımlarda özünü biruzə verəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə