TƏMİZLİKDƏN UZAQ AXCP SƏDRİ ƏLİ KƏRİMLİ...

TƏMİZLİKDƏN UZAQ AXCP SƏDRİ ƏLİ KƏRİMLİ...

YAXUD KƏRİMLİ AİLƏSİ LONDON MACƏRALARINA XƏRCLƏDİYİ MİLYONLARIN MƏNBƏYİNİ NİYƏ AÇIQLAMIR?

Müasir dövrdə informasiya və kommunikasiya vasitələri o qədər inkişaf edib ki, cəmiyyəti yalanla aldatmaq mümkün deyil. Hazırda hər bir Azərbaycan vətəndaşının da imkanı var ki, internetdə, "youtube"də axtarış verib lazım olan informasiyanı, videonu tapsın və həqiqətləri bilsin. Lakin çox təəssüflər olsun, bu gün hələ də, elə adamlar tapılır ki, insanları və cəmiyyəti yalanları ilə aldada biləcəyini fikirləşir. Bu səbəbdən də, nəzarətində olan bir neçə "youtube" kanalı yaradır, həmin kanallar da onun yalanlarını yayımlayır. Yayımlanan yalanları isə trollar və botlar çoxaldır, saxta ictimai rəy və adekvat reaksiya görüntüsü yaradırlar. Bizim də məqsədimiz bu cür yalanları ifşa etmək, ictimaiyyətə ən doğrusunu çatdırmaqdır. Elə bu səbəbdən də, bu gün AXCP sədri Əli Kərimlinin daha bir yalanını ifşa edəcəyik. Ötən gün Fransada yaşayan Q.Zahidin "Azərbaycan saatı" kanalında canlı efirdə Əli Kərimli həyatının bəlkə də ən böyük yalanını danışdı. Əli Kərimli deyir ki, 1992-ci ildə AXC-Müsavat hakimiyyəti dönəmində Prezident aparatında və 2 aylıq dövlət katibi vəzifəsində çalışanda təmiz işləyib. Ə.Kərimli çox güman ki, bunu yumor olaraq dilə gətirib. Çünki o, bunu bir həqiqət kimi ictimai rəyə sırımağa çalışsa, buna ancaq sadəlöhv cəbhəçilər inana bilərdi. Necə ki, illərdir anti-Azərbaycan fəaliyyətinə görə ayrı-ayrı təşkilatlardan, fondlardan müxtəlif təşkilatların adına aldığı 10 milyon dollardan artıq qrantı, ianəni ört-basdır etmək üçün guya oğlu Türkelin Britaniyada, Bristol Universitetində oxutmaq üçün həyat yoldaşına dövlət tərəfindən verilmiş 2 otaqlı mənzilin pulunu xərcləyib. Bu qədər də ağ yalan olmaz axı.
Birincisi, AXC-Müsavat hakimiyyəti dövründə dövlət katibi hakimiyyətdə hansı vəziyyətdə olmağını Ə.Kərimli şəxsən etiraf edib. Montaj deyil, quraşdırma yoxdur. 1993-cü ilin may ayının 25-də Prezident aparatında keçirilən müşavirədə Əli Kərimli şəxsən deyir ki:
- "Respublikada, bütövlükdə, nəinki qanunçuluq, hətta icra intizamı xeyli dərəcədə aşağıdır. Prezident fərman və sərəncamlarının icrası qənaətbəxş səviyyədə deyil".
- "Bu gün Azərbaycanın maddi sərvətləri qaçaqmalçılıq yolu ilə talan olunur. Respublikanın on minlərlə iribuynuzlu mal-qarası, minlərlə texnikası və digər maddi sərvətləri sərhəddən qaçaqmalçılıq yolu ilə keçirilir."
- "İqtisadiyyatın bütün sahələrində cinayətkarlıq iri miqyas alıb".
- "Dövlət əmlakının talan edilməsi adicə hala çevrilib".
- "Azərbaycan Respublikasının Milli Ordusunda külli miqdarda dövlət əmlakının mənimsənilməsinə şərait yaradılıb."
Axı bütün bu etiraflar Ə.Kərimlinin dövlət katibi tutduğu vəzifəyə layiq olmadığı göstərmirmi? Ə.Kərimli, hansı mənəvi haqla deyir ki, "mən təmiz işləmişəm". Ola bilər ki, Ə.Kərimli dövlət katibi elə bir korrupsiya sistemi qurmuşdu ki, əlaltıları yalnız ələ keçirdi, özü isə "təmiz" qalırdı. Bu gün Əli Kərimlinin nəzarətindən kənar heç kəs qrant ala bilmir. Əgər indi 1 dollar qrantın belə kiməsə qalmasına imkan yaratmayan Əli Kərimli dövlət katibi postunda olarkən, necə dövlətin talanmasına göz yuma bilərdi? Əlbəttə ki, mümkün deyil, hər bir talan prosesi onun razılığı ilə olurdu. Ə.Kərimlinin pula, vara olan hərisliyini başqa bir misalla da isbatlaya bilərik. Hər kəs bilir ki, onun nəzarətində olan və Qənimət Zahidin baş redaktorluq etdiyi "Azadlıq" qəzetinə KİVDF tərəfindən 10 minlərlə manat yardım verilib. Vaxtilə "Azadlıq" qəzetində çalışmış jurnalistlərin etirafları var ki, vaxt var idi qəzetin müxbiri uşağına ayaqqabı ala bilmirdi, amma Ə.Kərimli qəzetin əməkdaşları üçün ayrılan vəsaiti son qəpiyinə qədər mənimsəyirdi. Hətta şahidlərin sözlərinə görə "Azadlıq" qəzetinin redaksiyasında pul üstündə "stul davaları" olurdu.
İkincisi, Ə.Kərimli oğlu Türkel Kərimlinin təhsil, yaşayış və s. xərclərini heç də ikiotaqlı mənzilin satılması ilə qarşılamayıb. Əgər buna da isbat lazımdırsa, buyurun, adi hesablama aparaq. Başlayaq Britaniyanın Bristol Universitetində təhsil almaq üçün hazırlıq mərhələsindən. Bizə, ilk növbədə, 100 avro əlaqələndirici təşkilata ödəmək lazımdır.
Daha 110 avro Britaniyaya viza almaq üçün ödənilir.
Universitetdə qeydiyyat xərci 50 funtsterlinq.
Orijinal dəvətnamənin çatdırılması 80 funtsterlinq.
Hava limanında qarşılanmaya və universitetə çatdırılmaya 50 funtsterlinq.
Dərs vəsaitlərinə və bank xərclərinə 85 funtsterlinq.
3 aylıq tibbi sığorta 90 funtsterlinq.
Bakıdan Londona təyyarə biletinə 1 nəfər üçün 2000 manat.
Beləliklə də, Ə.Kərimli oğlu T.Kərimli Bristol Universitetinə oxumağa göndərmək üçün, təxminən, 5 min manat xərc çəkməli idi.

İndi isə keçək Bristiol Universitetindəki xərclərə. Öncə, onu qeyd edək ki, Bristol Universitetində humanitar ixtisasların illik təhsil haqqı 15000 funtsterlinqdən başlayır. Lakin tibbi və hüquq ixtisasları çox bahadır, illik təhsil haqqı 35000 funtsterlinqdən başlayır. Beləliklə, Ə.Kərimli Türkelin bu universitetdə hüquq ixtisası üzrə təhsil alması üçün 4 ilə 140 000 funtsterlinq xərcləməli idi. Demək ki, Türkelin yalnız təhsil haqqını manata konvertasiya etsək, təxminən, 300 min manat xərcləməli idi.Hələ 4 il ərzində Türkelin Bristolda qalmaq, yaşamaq xərclərini, eləcə də, cəbhəçilərin də etirafına görə, Ə.Kərimlinin həyat yoldaşının oğlunun təhsil dövrü ərzində ayda iki dəfə Londona getməsinin də xərclərini topladıqda, təxminən, 500 min manatlıq bir xərc ortaya çıxır.İndi sual edirik ki, Bakı şəhərində 2 otaqlı mənzilin qiyməti nə qədərdir ki, Ə.Kərimli oğlunun xərclərini qarşılaya bildi? Lap təzyiqlə, şantajla evi kiməsə 100 min manata satdı. Bəs qalan 400 min manat? Biz hələ Türkelin Britaniyadakı eyş-işrət xərclərindən, onun hərbi xidmətdən yayındırılıb ABŞ-a qaçırılmasından, orada ili 50 min dollar olan magistr təhsilinə cəlb edilməsindən, qızı Selcanın Londonda oxumasından, 3-cü uşağının Londonda dünyaya gəlməsindən, son model "Mazda" maşını almasından danışmırıq. Əgər bu xərcləri də hesablamağa başlasaq, o zaman rəqəmi milyonlarla ifadə etməli olacağıq...Əziz dostlar, indi siz deyin, bu Əli Kərimli "təmiz işləmişəm" və "oğlumu ikiotaqlı mənzilin pulu ilə oxutmuşam" kimi fikirləri nə qədər səmimi ola bilər? Əlbəttə ki, ola bilməz...

Bu dəfə də Ə.Kərimlinin daha bir yalanını ifşa etdik. "Yalançını evinə qədər qovarlar" deyiblər. Qovaq ki, yuvasına girsin, bir daha yalan danışmağa çalışmasın...

Ramil Vəlibəyov,
YAP Nizami rayon təşkilatı GB sədrinin müavini,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə