“İrəvanı daha çox narahat edən məsələ Türkiyə-Rusiya yaxınlaşmasıdır” RƏY-ÖZƏL

“İrəvanı daha çox narahat edən məsələ Türkiyə-Rusiya yaxınlaşmasıdır” RƏY-ÖZƏL

“Türkiyə prezidentinin Rusiya prezidenti ilə növbəti görüşündə əsas məsələ Suriya ətrafında tərəflər arasında münasibətlərdə olan bəzi məqamlara aydınlığın gətirilməsi olub”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Türkiyə Rusiya münasibətlərində bu yaxınlıq təkcə Suriya faktoru ilə bağlı deyil, eyni zamanda, hərbi əməkdaşlığı özündə ehtiva edir, tərəflər arasında ticarət münasibətlərinin dövrüyyəsi artır, enerji əməkdaşlığı sahəsində Türkiyə-Rusiya arasında münasibətlər genişlənir: “Bu da əlbəttə dolayısı yolla Cənubi Qafqazda stabilliyin və təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlərə də təsirsiz ötüşməyəcək. Qeyd etmək lazımdır ki, bu gün Yerəvanı daha çox narahat edən məsələdə bu günlərdə Türkiyənin Rusiya ilə münasibətlərinin mahiyyəti, formatı, məzmununda baş verən dəyişikliklərdir, inkişafdır. Bütün hallarda Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dəstəklənməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Bundan sonrada belə olacağı şübhəsizdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə