Ölkə daxilində ekoloji laboratoriyalar qurulacaq

Ölkə daxilində ekoloji laboratoriyalar qurulacaq

Ölkə daxilində avtomobillərin "Avro-2" standartlarına uyğunluğunu yoxlamaq üçün ekoloji laboratoriyalar qurulacaq. SİA-nın məlumatına görə, bu barədə məlumatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov jurnalistlərə açıqlamasında verib.

 

Sərhəd gömrük məntəqələrində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin nəzdində olan ekoloji laboratoriyaların fəaliyyət göstərdiyini deyən R.Həsənov qeyd edib ki, sözügedən laboratoriyalarda ölkəyə xaricdən gətirilən avtomobillərin standartlara uyğunluğu yoxlanılır. Belə yoxlamalara ölkə daxilində də ehtiyac olduğunu dilə gətirən komitə sədri bu məqsədlə SMPDK-nə vəsait ayrıldığını bildirib. O, ilk olaraq ölkə ərazisində 9 ekoloji laboratoriyanın qurulacağını vurğulayıb.

 

R.Həsənov yoxlamalardan sonra istifadəyə yararsız avtomobillərin dövriyyədən çıxardılacağını deyib: "Əsas məqsədimiz ekologiyaya ziyan verməməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə