Elşən Manafov: “Danışıqları sadəcə danışıqlar naminə aparmaq fikrində deyilik ” RƏY-ÖZƏL
“Düşünürəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfərləri tərəflər arasında indiyə qədər əldə edilmiş razılıqların, öhdəliklərin gözlənilməsi baxımından əhəmiyyətlidir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib. Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, məhz bu danışıqların aparılması tərəflərin əldə edilmiş razılıqlarına əməl etməyə sövq edir: “Düzdü, bütün hallarda Ermənistanın qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gedişində ciddi bir təsir göstərmir. Amma danışıqların intensiv aparılması effektiv nəticələr verə bilər. Bir sözlə, bu danışıqların davam etdirilməsinə ciddi əhəmiyyət var. Azərbaycan tərəfi dəfələrlə həmsədrlərin də nəzərinə çatdırıb ki, biz danışıqları sadəcə danışıqlar naminə aparmaq fikrində deyilik. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona olan səfəri növbəti səfər kimi qiymətləndirilməlidir. Amma intensiv danışıqların aparılması baxımından bu danışıqların aparılması zəruridir. Azərbaycan tərəfi bir daha bu danışıqlar vasitəsi ilə həm ATƏT-ə, həm də beynəlxalq ictimaiyyəti mesajlarını göndərir ki, biz baxmayaraq ki, güclü tərəfik, amma beynəlxalq hüquq normalarına hörmətlə yanaşırıq və bundan sonrada problemin məhz danışıqlar yolu ilə həllində maraqlı tərəf kimi masa arxasında oturub Ermənistanla danışıqlar aparmağa hazırıq”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB