Ahıl insanların təxminən 12 faizi artıq çəkidən əziyyət çəkir.
SİA-nın xəbərinə görə, Harvard Universitetinin (ABŞ) və Böyük Britaniyanın İmperiya kollecinin alimləri belə qənaətə gəliblər. Onlar müəyyən ediblər ki, gəlir səviyyəsi yüksək olan ölkələrdə insanlar piylənmədən daha çox əziyyət çəkirlər. 2008-ci ildə kişilərin 9,8 faizi və qadınların 13,8 faizi piylənmədən əziyyət çəkiblər.
Tədqiqatın nəticələrinə əsasən, Avropada ən şişman qadınlar Rusiya və Moldovada, ən arıq xanımlar isə İsveçrə, Fransa və İtaliyada yaşayırlar.
Avropanın ən şişman kişiləri Çexiya və İrlandiya vətəndaşlarıdır. Orta bədən çəkisi indeksinin ən sürətli artımı ABŞ-da müşahidə olunub. Bu siyahıda ikinci yerdə Yeni Zelandiya və Avstraliya (qadınlar), daha sonra Böyük Britaniya (kişilər) gəlir.
Yer kürəsinin ən şişman insanları Sakit okean adaları sakinləridir. Ən yüksək qan təzyiqi Baltikyanı ölkələrin, Şərqi və Qərbi Afrika ölkələrinin əhalisində müşahidə olunub.
Dünyada əhalinin ən sıx yaşadığı iki ölkədə - Çin və Hindistanda əhalinin orta bədən çəkisi indeksi dünya üzrə orta göstəricidən aşağıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB