Ermənistanın Baş naziri Nikol Pashinyanın qərarlarına əsasən, 25 nazir müavini vəzifələrindən azad edilib. SİA Ermənistana məxsus lragir.am saytına istinadən xəbər verir ki, 9 nazirliyin nazir müavinləri Paşinyanın qərarı ilə işdən qovulublar.
Məlumata görə erməni baş nazirin qərarı ilə, Ermənistan Respublikasının ərazi idarəetmə və inkişaf nazirinin müavinləri Karen İsaxanyan, Liliya Şuşanyan, birinci müavini Vache Tərtəryan, İqtisadi İnkişaf və İnvestisiya Nazirliyinin nazir müavinləri Mane Adamyan, Avaq Avanesyan, Albert Babayan, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nazir müavinləri Armen Arzumanyan, Baqrat Badalyan, Qeqam Vardanyan, təhsil nazirinin müavinləri Lusine Arakelyan, Qrisha Tamrazyan və Arevik Anapiosyan, kənd təsərrüfatı nazirinin müavinləri Qarnik Petrosyan, Artak Kamalyan, Tiqran Qabrielyan, Enerji İnfrastrukturu və Təbii Resurslar Nazirliyinin nazir müavinləri Akop Vardanyan və Vardan Qevorgyan, mədəniyyət nazirinin müavinləri Tiqran Qalstyan və Nazeni Qaribyan, idman və gənclər nazirinin müavinləri Qabriel Kazaryan, Kristine Asatryan, Sargis Avaqyan və Qevork Loreçian, diaspora nazirinin müavinləri David Sarkisyan və Babken Ter-Qrigoryan vəzifələrindən uzaqlaşdırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB