Polşa Respublikasının Prezidenti Andjey Duda mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SIA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Polşa Respublikasının Prezidenti Andjey Dudanı hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB