İlqar Orucov: “Əli Kərimli və ətrafının qarışıqlıq salmaq istəklərinin qarşısı alınıb” RƏY-ÖZƏL

İlqar Orucov: “Əli Kərimli və ətrafının qarışıqlıq salmaq istəklərinin qarşısı alınıb” RƏY-ÖZƏL

“Məram və məqsədlərini anlamayan bəzi gənclərin analaqsız durumlarından istifadə etmək Əli Kərimli və onunla eyni mövqedə olan radikal müxalifətin planının tərkib hissəsinə çevrilibdir”. Bunu SİA-ya açıqlamasında AGAAMC-nin sədri fəlsəfə doktoru, İlqar Orucov deyib. Onun sözlərinə görə, maraqlı olan məqam odur ki, ümumxalq tədbirlərin gur olduğu anlarda dağıdıcı müxalif ünsürlər 10-15 nəfərlə ortada peyda olurlar və radikal çağırışlar etməklə əslində ziyarətçilərin və ətrafda olan insanların rahatlıqlarını pozmağa çalışırlar: “Bütün bu şoularını da videoya çəkərək özlərini qəhrəman obrazında, guya xalqdan dəstək alan qüvvələr kimi təqdim edirlər. Təbii ki, ziyarətə gələn insanların təhlükəsizliyini təmin etmək Azərbaycanın hüquq mühafizə orqanlarının işidir. Bu səbəbdən də elə ziyarətə gələn insanların özlərinin müraciətləri əsasında Ə.Kərimli və ətrafının qarışıqlıq salmaq istəklərinin qarşısı alınıb. Polis sakit şəkildə, heç bir güc tətbiq etmədən onlara asayişi təmin etməyi xahiş edir. Çünki, o abidənin önü Ə.Kərimlinin şəxsi torpağı deyil ki, istədiyi qədər orada dayanıb monoloq desin və ya nağıl danışsın. Və kimlərsə də ora ziyarətə gəlirlərsə onlar da bu nağıllara qulaq asmağa məcbur və məhkum deyillər. Ona görə də polis haqlı olaraq vətəndaşların müraciəti əsasında bu “qəhrəmanlara” meydanı tərk etməyi, insanların normal ziyarət etmələrinə mane olmamağı tövsiyə edir, bu istək təmin olunmayanda və qarşı tərəf hörmətsizlik, inadkarlıq göstərəndə polis nə etməlidir? Sən aksiya keçirmək istəyirsənsə müvafiq qurumlara müraciət elə, həmin abidəni ziyarətə gələnlər olmayan adi bir gündə aksiyanı keçir. Bu onlara əlbəttə sərf etmir, çünki, bunların çağırışına yuxarıda qeyd etdiyim 10-15 nəfər gələcək ki, onların da 4-5-i 26 ildir heç bir yerdə işləməyən, gəlirinin mənbəyi gizli qalan Ə.Kərimlinin şəxsi mühafizəçilərindən ibarətdir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə