Paşinyanın niyyəti diasporun etibarını qazanmaqdır

Paşinyanın niyyəti diasporun etibarını qazanmaqdır

Paşinyan diasporun hökumətə olan inamını bərpa etməyə çalışır. SİA Ermənistana məxsus aysor.aş saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Jamanak” qəzetində yazı dərc olunub.

Yazıda qeyd olunur ki, Qlendeyl Şəhər Sovetinin keçmiş üzvü, bir neçə dəfə mer seçilmiş Zare Sinanyan yaxın zamanda baş nazir yanında diaspora işləri üzrə baş komissar təyin ediləcək.
Qəzet yazır ki, diasporun nümayəndəsini bu vəzifəyə təyin etməklə, Paşinyan, ehtimal ki, diaspor təşkilatını ləğv etmək qərarına gəldikdən sonra əhəmiyyətli dərəcədə pisləşən münasibətləri yoluna qoymaq, diasporun öz hakimiyyətinə etibarını bərpa etmək istəyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə