Hüsnü Mübarək rejimi Qərbə və Türkiyəyə "öz işinizlə məşğul olun" dedi

Misirin xarici işlər nazirliyinin sözçüsü Hüsam Zeki "ABŞ, İngiltərə, Fransa kimi Qərb ölkələrin Misirdəki hadisələrə müdaxilə etməsini, Türkiyənin hər vəziyyətdə rol oynamaq işini görmək kədərlidir, bu ölkələr öz işləri ilə məşğul olsunlar" deyib. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Misir hökuməti iqtidarın dəyişməsinin vacibliyi ilə bağlı beynəlxalq cəmiyyətdən gələn çağırışları rədd edir.

 

Hüsam Zeki hesab edir ki, bu cür çağırışlar Misirdəki vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. Qərb ölkələrini cürətkar və bənzəri olmayan bir şəkildə Misir xalqı adına danışdığına görə günahlandıran xarici işlər nazirinin sözçüsü bunun nəinki hökumət, xalq tərəfindən də rədd edildiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə