2 fevral - Gəncləri Günü Lənkəranda da silsilə tədbirlərlə qeyd edilib. Şəhər Gənclər və İdman İdarəsindən (Gİİ) SİA-nın cənub bürosuna verilən məlumata görə, fevralın 2-də Lənkəranda keçirilən rayon toplantısının iştirakçıları əvvəlcə dahi öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Təşkil olunan bayram tədbirində çıxış edən Lənkəran şəhər Gİİ-nin rəisi Yalçın Əliyev dövlətimizin gənclərə olan diqqət və qayğısından danışıb, Lənkəran gənclərinin 2010-ci ildə qazandığı uğurlar barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən gənclər bildiriblər ki, ölkəmizdə gənclərin cəmiyyətdə öz istedadlarına uyğun yer tutmaları üçün hər cür şərait yaradılıb.
Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyəti başçısının müavini Səmədağa Abdullayev gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, təhsil və mədəni səviyyəsinin yüksəldilməsi, fiziki sağlamlığının möhkəmləndirilməsi istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl tədbirlər barədə geniş söz açıb.
Sonda ötən il idman, təhsil və digər sahələrdə fərqlənən gənclərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB